Lənkəranda boks üzrə UGİM birinciliyi keçirilib – FOTOLAR


Lənkəran rayonunun Liman şəhərində boks idman növü üzrə Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) birinciliyi təşkil olunub. İki gün davam edən yarışda müxtəlif çəki dərəcələrində idmançılar mübarizə aparıblar.
Cənub Media xəbər verir ki, noyabrın 14–15-də Cənub Regional Boks Mərkəzində keçirilən birincilik Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və onun nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda iştirakçılar müxtəlif çəki dərəcələri üzrə bacarıq və hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Yarışın sonunda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.
Birinciliyin keçirilməsində məqsəd boks idman növünün inkişafına dəstək göstərmək, perspektivli idmançıları üzə çıxarmaq, yeniyetmə və gənclər arasında idmana marağı artırmaq, eləcə də onların idman ustalıqlarının yüksəldilməsinə töhfə vermək olub.
Cənub Media, Lənkəran
Views: 128
Post navigation
