Lendeborq ağır məğlubiyyətdən sonra emosional danışıb


"Qolden Steyt Uorriors"un gənc forvardı Yaksell Lendeborq NBA Kubokunda "San Antonio Spörs"ə qarşı keçirilən oyunda komandasının ağır məğlubiyyətindən sonra emosional açıqlama verib. "Qolden Steyt" bu qarşılaşmada zədəli Stefen Karrisiz çıxış edib və 85:123 hesabı ilə uduzub. 24 yaşlı debütant 24 dəqiqə meydanda olub, 3 xal (13 cəhddən 1 dəqiq zərbə, 2 üçlükdən heç biri dəqiq olmayıb, cərimə atışlarından 2-dən 1-i dəqiq), 7 ribaund, 1 assist və 1 blokşutla yadda qalıb. Onun faydalılıq əmsalı isə -40 olub, 3 top itirib.
Offsideplus.az xəbər verir ki, Lendeborq oyundan sonra bunları deyib: "Bizi tamamilə darmadağın etdilər, hansı dərsi çıxarmaq olar, bilmirəm. Bütün oyun boyu gərgin idim, hətta sadə bir leyy-apı belə vura bilmədim. Sadəcə, aqressiv oynamadım. Bu səhifəni çevirmək və hər şeyi unutmaq fikrim yoxdur. Az qala 100 xal fərqlə uduzduq, təsəvvür edin, indi mən psixoloji cəhətdən tamamilə tükənmişəm. İki gün sonra növbəti oyunumuz olacaq".
