Le Pendən seçkiqabağı vəd: 60 yaşda pensiya


Fransada ifrat sağçıların lideri Marin Le Pen pensiya yaşının bir qrup işçi üçün 60-a endirilməsini və fərdi yığım sisteminin yaradılmasını nəzərdə tutan yeni təkliflərini təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu "Bloomberg" agentliyi məlumat yayıb. Təşəbbüsə əsasən, əmək fəaliyyətinə 20 yaşına qədər başlamış və 40 illik iş stajına malik olan fransızlar 60 yaşında pensiyaya çıxa biləcəklər. Digər kateqoriyadan olan vətəndaşlar üçün isə pensiya şərtləri sığorta haqlarının ödənilmə müddətindən asılı olaraq müəyyənləşdiriləcək.
Bundan əlavə, Marin Le Pen bir nəsil ərzində həcmi 900 milyard avroya çatacaq yığım pensiya fondunun yaradılmasını təklif edib, lakin bu nəhəng layihənin maliyyələşmə mənbələrini hələlik açıqlamayıb. Siyasi rəqibləri bu təşəbbüsü iqtisadi baxımdan qeyri-real adlandıraraq sərt tənqid ediblər.
Qeyd edək ki, bu müzakirələr Fransada dərinləşən büdcə çətinlikləri fonunda gedir: proqnozlara görə, 2027-ci ildə ölkənin dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 122,1 faizinə çatacaq.
Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-nə təyin olunub.
Musavat.com
