"LANDAU Lions" İsveçrədə uduzdu


"LANDAU Lions" FIBA Avropa Kubokunda növbəti matçını keçirib.
Offsideplus.az xəbər verir ki, "şirlər" G qrupunun VI turu çərçivəsində səfərdə İsveçrənin "Lions de Geneve" kollektivi ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 85:78.
Qeyd edək ki, keçirdiyi 6 oyunda 1 qələbə qazanan "LANDAU Lions" qrupda 7 xalla sonuncu pillədə qərarlaşıb.
FIBA Avropa Kuboku, G qrupu
23:30 "Lions de Geneve" - "LANDAU Lions" 85:77 (20:22, 23:16, 19:16, 23:23)
