Xviça Kvaratsxeliya GQ France jurnalının versiyasına görə ilin adamı elan edilib


7 mənbə əsasında
Fransanın PSJ klubunun hücumçusu Xviça Kvaratsxeliya GQ jurnalının qərarı ilə ilin adamı mükafatına layiq görülüb. Parisdə təşkil olunan tədbirə zədə səbəbindən videobağlantı ilə qoşulan gürcüstanlı futbolçu mükafatı komanda yoldaşlarına həsr edib. 1996-cı ildən bəri verilən bu mükafat idman, mədəniyyət və digər sahələrdə fərqlənən şəxslərə təqdim olunur. Futbolçu cari ildə keçirilən Çempionlar Liqası matçında dizindən zədə alaraq əməliyyat keçirib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Kvaratsxeliya "ilin adamı" seçildi
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya məşhur GQ jurnalı tərəfindən "2026-cı ilin adamı" elan edilib. Bakıvaxtı.az xəbər verir ki, məlumatı "Touchline" nəşri yayımlayıb. Bu nüfuzlu mükafat 1996-cı ildən idman, kino, musiqi, moda və mədəniyyət aləmində ciddi nailiyyətlər qazanan və böyük təsirə malik şəxslərə təqdim olunur. Kvaratsxeliya ilə bərabər, fransalı MMA döyüşçüsü Salahdin Parnass da nəşrin 2026-cı il üzrə laureatları siyahısında yer alıb. Xatırladaq ki, bir müddət öncə gürcü futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində "Barselona"ya qarşı keçirilən görüşdə (4:2) dizinin çarpaz bağlarından ağır zədə almışdı. Mətbuatda yayılan məlumatlara əsasən, onun zədədən bərpa olunaraq yenidən yaşıl meydanlara qayıtması doqquz ay vaxt apara bilər. Qeyd edək ki, gürcüstanlı vinger "Qızıl top - 2026" mükafatı uğrunda keçirilən səsvermədə namizəd göstərilən doqquz komanda yoldaşının hamısını geridə qoyaraq altıncı pillədə qərarlaşıb.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
