Küveytdə yaşayan mühacir 2 milyon insanı birləşdirdi


Küveytdə yaşayan filippinli Eliezer Embrado sosial şəbəkələr vasitəsilə iki milyondan çox insanı əhatə edən böyük icma yaradıb. Onun təşəbbüsü əvvəlcə vətən həsrətini azaltmaq üçün başladığı şəxsi bloqdan yaranıb.
Xitab24.az Arab News nəşrinə istinadən xəbər verir ki, Embrado 2007-ci ildə Küveytə köçdükdən sonra yaşadıqlarını internetdə paylaşmağa başlayıb. Daha sonra yaratdığı səhifələr xaricdə çalışan filippinlilər üçün mühüm informasiya platformasına çevrilib.
Hazırda həmin platformalar miqrantlara sənədləşmə, iş, dövlət xidmətləri və gündəlik problemlərlə bağlı məlumat verir. Embrado xüsusilə ev işçisi kimi çalışan insanların hüquqlarını öyrənməsinə və lazımi qurumlarla əlaqə saxlamasına kömək edir.

Teleqraf.az+1 mənbə