Kubarsi açıqladı: "Hansi Flik əsəbiləşəndə dilini dəyişir, biz hər şeyi dərhal anlayırıq"


"Barselona"nın gənc və istedadlı mərkəz müdafiəçisi Pau Kubarsi komandaxarici maraqlı bir detalı bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, baş məşqçi Hansi Flikin emosional vəziyyətini, xüsusən də qəzəbli olduğu anları sözləri başa düşməsələr belə necə hiss etdiklərindən danışıb.
Kubarsinin sözlərinə görə, alman mütəxəssisin ünsiyyət tərzi onun əhval-ruhiyyəsini dərhal ələ verir:
"O, əsəbiləşəndə alman və ya ingilis dilinə keçir. Ancaq əhvalı yaxşı olanda ispan dilində bir neçə kəlmə işlədir. Biz bir kəlmə belə başa düşməyə bilərik, amma onun üz ifadələri və danışıq tərzi bizə hər şeyi izah edir. Nəsə qaydasında olmayanda bunu dərhal bilirik!"