Kriştiano Ronaldonun oğlu Portuqaliya U-17 millisində debüt edib


Kriştiano Ronaldonun oğlu Kriştiano Ronaldo Junior Portuqaliyanın U-17 millisində ilk rəsmi oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, gənc futbolçunun debüt etdiyi qarşılaşmada Portuqaliya Andorra yığmasını 4:0 hesabı ilə məğlub edib.
16 yaşlı hücumçu matça ehtiyat oyunçular skamyasında başlayıb və 73-cü dəqiqədə meydana daxil olub.
O, 88-ci dəqiqədə baş zərbəsi ilə fərqlənməyə yaxın olsa da, top qapının yanından keçib.
Maraqlıdır ki, Vitinya, Joao Kanselu, Joao Feliks və Joao Neveş də gənc futbolçuların oyununu, eləcə də Ronaldonun oğlunun debütünü izləmək üçün stadionda olublar.
