Krımoğlundan sensasion açıqlama: “Yeni türk dövləti yaradıla bilər”


“Zərurət yaranacağı təqdirdə mühacirətdə Krım Respublikasının elan olunmasını istisna etmirəm”.
Ölkə.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı, Krım Tatar Milli Hərəkatının lideri Mustafa Krımoğlu (Cəmilov) “Türkiyə” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Krımın azadlığı və Ukraynanın ərazi bütövlüyünün bərpası sülh danışıqlarının əsas şərti olmalıdır. M.Krımoğlu vurğulayıb ki, Krım tatarları və Ukrayna xalqı torpaqlarının bir metrindən belə imtina etmək niyyətində deyil.
M.Krımoğlu deyib ki, bu istiqamətdə Ukrayna rəsmiləri ilə müvafiq müzakirələr aparılıb.
“Sülhün açarı və qarantı Krımın azadlığıdır. Türkiyə 2014-cü il Rusiya işğalından sonra aydın və qətiyyətli mövqe tutdu. Bu qətiyyət davam edir. Biz həmçinin Ukrayna hakimiyyəti ilə lazımi müzakirələr apardıq. Azad Krım, həm də Muxtar Krım olacaq. Əgər şərait tələb edərsə, mühacirətdə respublika elan etməyimiz də mümkündür. Lakin azad Krıma qayıtmaq əzmimiz sarsılmazdır”, - Krım tatarlarının lideri vurğulayıb. bildirb.
O bildirib ki, yüz minlərlə sürgün edilmiş krımlı öz vətənlərində, öz bayrağı altında yaşamaq üçün geri dönəcək.
M.Krımoğlu onu da əlavə edib ki, hazırda təkcə Türkiyədə təxminən 4 milyon Krım tatarı yaşayır.
“Dünya miqyasında bu rəqəm 7 milyonu keçib. Bu yüz minlərlə insan vətənlərinin həsrətini çəkir. Ruslar 2014-cü il işğalından sonra Krım yarımadasına 1 milyon rus gətirsələr də, yarımadamız əsl sahiblərini gözləyir. Yenidən birləşmə uzaqda deyil”, - o bildirib.
Mürtəza
1 mənbə