Kremldən Avropaya sərt xəbərdarlıq: "Ya Rusiya ilə dialoq, ya da tam xaos"


Avropa İttifaqı tam xaosun qarşısını almaq və mövcud böhrandan çıxmaq üçün Rusiya ilə qarşılıqlı əlaqə qurmağa məcbur olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev "Vesti" informasiya xidmətinə müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın birgə səyləri nəticəsində tərəflər müxtəlif fikir ayrılıqlarının həllinə doğru irəliləyirlər.
Dmitriyev vurğulayıb ki, Avropadakı dərin böhran artıq kənardan da aydın görünür və Brüssel bu prosesi dayandırmaq üçün Moskva ilə əməkdaşlığa başlamalıdır:
"ABŞ da Avropadakı miqrasiya, iqtisadi və sosial böhranı açıq şəkildə görür. Avropalılar üçün dialoq bu dünyada birtəhər sağ qalmağa çalışmaq üçün son şansdır".
Qeyd edək ki, Dmitriyev bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən sammit fonunda verib və Vaşinqtonun münaqişənin diplomatik həllinə çalışdığı bir vaxtda Avropa paytaxtlarının qarşıdurmanı uzatmaq xəttini kəskin tənqid edib.
Musavat.com
1 mənbə
