Kostas Tsimikas "Liverpul"dan ayrıla bilər
Far.azFar.Az

İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Kostas Tsimikas yayda komandanı tərk edəcək.
"Report" "Sport24.gr" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı yunanıstanlı futbolçu özünü fərqli mühitdə sınamaq istəyir.
Futbolçunun İspaniya La Liqası klublarından birinə transfer ola biləcəyi qeyd olunub.
Qeyd edək ki, K.Tsimikas 2020-ci ildə "Liverpul"a keçib. Onun hazırkı müqaviləsinin müddəti gələn ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 4,5 milyon avro qiymətləndirir.
Liverpul FK
Oxşar xəbərlər
Dərc vaxtına görə
