Avropa Liqasının üçqat qalibi futbolla vidalaşdı


20.11.202609:56
Argentina millisinin və “Sevilya”nın sabiq yarımmüdafiəçisi Ever Banega peşəkar futbolçu karyerasını başa vurub.
Msport.az xəbər verir ki, 38 yaşlı futbolçu bu qərarını Serxio Aqueronun təşkil etdiyi “Copa Potrero” turnirində iştirakından sonra açıqlayıb.
Banega əvvəlcə karyerasını bitirmək ehtimalını 80 faiz qiymətləndirdiyini, lakin sonradan qəti qərar verdiyini bildirib: “Karyeramı başa vurduğum 100 faiz dəqiqdir. Əvvəl 80 faiz əmin olduğumu demişdim, amma bu gün oynayarkən anladım ki, artıq bəsdir. Başqa işlərlə məşğul olmaq lazımdır”.
Qeyd edək ki, Banega “Sevilya” ilə üç dəfə Avropa Liqasının, “Boka Xuniors”la isə Libertadores Kubokunun qalibi olub. O, həmçinin Argentina millisinin heyətində 2008-ci il Pekin Olimpiadasının qızıl medalını qazanıb və əsas yığmada 65 oyun keçirib.
Bənzər xəbərlər
19.11.202622:19
19.11.202617:56
19.11.202617:30
19.11.202617:08
19.11.202616:42
19.11.202616:27