"Korgöz-Tikinti-Material" ATSC-nin vergi borcu yaranıb


Paytaxtın Qaradağ rayonunda hüquqi qeydiyyatda olan "Korgöz-Tikinti-Material" Açıq Tipli Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, səhmdar cəmiyyətin hazırkı vergi borcu 24.053,23 AZN (24 min 53 manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində hüquqi qeydiyyatda olan ATSC-nin nizamnamə kapitalı 568.654 AZN (568,6 min manatdan çox), qanuni təmsilçisi isə Elçin Məmmədhəsən oğlu Həsənovdur.
Ayaz
