Koreya Azərbaycan Dövlət Aqrar Universitetində ağıllı istixana layihəsini dəstəkləyəcək


BAKI, 20 noyabr. TELEQRAF
Koreya Bakı Dövlət Universitetində yaradılan Kompüter Elmləri Mərkəzinə kibertəhlükəsizlik avadanlığı təqdim edib.
Teleqraf xəbər verir ki, bunu Koreyanın Azərbaycandakı səfiri Kimqu Kanq ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Səfirin sözlərinə görə, bu dəstək tələbələr üçün daha təhlükəsiz rəqəmsal tədris mühitinin yaradılmasına kömək edəcək:
“Dekabrda Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində ağıllı istixana layihəsinə dəstək göstərilməsi planlaşdırılır”.
O qeyd edib ki, Azərbaycanda oxuyan koreyalı tələbələrin sayı ötən ilki 11 nəfərdən bu il 23-ə yüksəlib:
“Hazırda 200-ə yaxın azərbaycanlı gənc Koreyada təhsil alır”.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Koreya Azərbaycan Dövlət Aqrar Universitetində ağıllı istixana layihəsini dəstəkləyəcək