Könül Xasıyevanın çıxış etdiyi klubun sahibi jurnalistlərə “ağıl verib”


Ötən gün Xalq artisti Könül Xasıyevanın “By Muxtar” adlı gecə klubunda səhnəyə çıxması ictimaiyyətdə geniş müzakirələrə və tənqidlərə yol açmışdı.
Musteqil.az xəbər verir ki, məsələ ilə bağlı sözügedən məkanın sahibi Muxtar adlı şəxs açıqlama verib.
Məkan sahibi açıqlamasında xəbər saytlarına tövsiyələr verməkdən çəkinməyib, hətta jurnalistlərə necə fəaliyyət göstərməli olduqlarını izah etməyə çalışıb. O, media rəhbərlərini yayımlanan materialların başlıqlarına diqqət yetirməyə çağıraraq, reytinq naminə həqiqəti əks etdirməyən xəbərlərin dərc olunmamasını tələb edib.
Qeyd edirik ki, gecə klubunun sahibinin jurnalistlərə irad tutması, media nümayəndələrinə məsləhət verməyə çalışması düzgün və qəbulolunan yanaşma deyil.
Bizim məqsədimiz kiminsə şəxsi həyatını müzakirə etmək deyil, cəmiyyətin diqqətini çəkən və ictimai maraq doğuran məsələləri işıqlandırmaqdır.
Media təsadüfən dördüncü hakimiyyət adlandırılmayıb. Bu səbəbdən jurnalistlərə tövsiyə verməzdən və onların fəaliyyətini tənqid etməzdən əvvəl medianın cəmiyyətdəki rolunu və əsas missiyasını nəzərə almağınız daha doğru olardı.
Unutmayaq ki, jurnalistin əsas vəzifəsi kimisə razı salmaq deyil, ictimai maraqları qorumaq, cəmiyyəti məlumatlandırmaq və diqqətəlayiq məsələləri obyektiv şəkildə işıqlandırmaqdır!
Yazı naviqasiyası
1 mənbə
