Komediya ustası Eldos Almazov 29 yaşında VƏFAT ETDİ
InterpressXuraman Etibarli


Stand-up komediya ustası Eldos Almazov 29 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə sənətçinin bacısı onun Telegram kanalında məlumat yayıb.
Qırğızıstanda doğulan və Rusiyada fəaliyyət göstərən komediya ustası Eldos Almazov əməliyyat zamanı ürəyinin dayanması nəticəsində dünyasını dəyişib.
29 yaşlı sənətçi üç il ərzində sümük xərçəngi ilə mübarizə aparıb.
Almazov “Açıq mikrofon” şousunun altıncı mövsümündə Aleksey Şerbakovun komandasında yarımfinala yüksəlib, həmçinin “Böyük şou” layihəsində iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az
