Kökşetauda Azərbaycan bayrağı ucaldıldı: 8 güləşçimiz fəxri kürsüdə


Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Əhmədcan Kazımbetovun xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi turnir keçirilib.
Offsideplus.az xəbər verir ki, memorialda U-17 milli komandamızın böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında çıxış edən 8 güləşçimiz fəxri kürsüyə qalxıb.
Pəhləvanlarımızdan Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıblar. Hüseyn Rzazadə (55 kq) ilə Elvin Nəcəfzadə (92 kq) gümüş, Tunar Həsənov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıblar.
1 mənbə
