Koçaryandan hakimə kinayəli cavab: “Yaşasın ən humanist məhkəməmiz!”


Ermənistanın sabiq prezidenti Robert Koçaryan “1 mart işi” üzrə məhkəmə prosesi zamanı sovet kinosunun məşhur komediyası “Qafqaz əsiri”ndən sitat gətirib.
Army.az xəbər verir ki, Koçaryan bu sözləri hakim Sarkis Petrosyanın onun vəkili Aram Orbelyanın yarım saat ərzində məhkəmə zalına qayıtmayacağı təqdirdə prosesdən kənarlaşdırıla biləcəyi barədə xəbərdarlığına cavab olaraq səsləndirib.
Belə ki, müdafiəçi başqa bir təcili məhkəmə prosesində iştirak etməli olduğunu əsas gətirərək iclasın təxirə salınmasını istəyib. Bundan sonra hakim 30 dəqiqəlik fasilə elan edib və vəkilin həmin müddətdə geri qayıtmasını tələb edib.
Hakimin xəbərdarlığına Koçaryan kinonun məşhur ifadəsi ilə reaksiya verib:
“Yaşasın bizim məhkəməmiz, dünyanın ən humanist məhkəməsi!”
Qeyd edək ki, bu məşhur replikaya Leonid Qaydayın 1966-cı ildə çəkdiyi “Qafqaz əsiri” filmində Georgi Vitsin tərəfindən canlandırılan Qorxaq (Trus) obrazı səsləndirib.
Sizə maraqlı ola bilər
Ermənistanda Serj Sarkisyanla bağlı mühüm qərar
Vaşinqtonun xüsusi nümayəndələri Kiyevə gedə bilər — Sibiqa
Fidan Moskvaya gedir: Cənubi Qafqaz gündəmdə olacaq
Peskovdan diqqətçəkən açıqlama: “Bu məlumatlara ciddi yanaşmayın”
Post Views: 8