Klopp: "80-90 yaşlı qadınlar mənə uğurlar arzulayır"


Almaniya millisinin baş məşqçisi Yurgen Klopp populyarlığının artmasından zarafatla danışıb.
Offsideplus.az xəbər verir ki, Klopp Almaniya yığmasının Adidas brendi ilə vidalaşma mərasimində bunları deyib:
"Azarkeş kütləm genişlənib. Aptekə girəndə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayır. Düşünməzdim ki, onlar məni tanıyır. Hiss edirəm ki, vacib bir iş görürəm. Qarşımıza məqsəd qoymuşuq: elə bir komanda qurmaq istəyirik ki, heç kim onlara qarşı oynamaq istəməsin. Artıq düzgün istiqamətdə irəlilədiyimizi hiss edirəm. Heç bir təzyiq duymuram. Özümü 59 ildir tanıyıram və həmişə maksimumunu verməyə çalışmışam. Bacardığım budur. Özümə heç vaxt şübhə etməmişəm".
