KİV: Azərbaycandan Ermənistana ixracın həcmi əks istiqamətdəki ixracı təxminən 246 dəfə üstələyir


“Ermənistandan Azərbaycana 95 min 500 dollar dəyərində məhsul ixrac edilib, əks istiqamətdə isə ixracın həcmi təxminən 23,5 milyon dollar təşkil edib”.
Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Nəşrə görə, daha əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycana Ermənistan istehsalı olan folqa ixrac edildiyini bildirsə də, tədarükün həcmini açıqlamamışdı.
“Azərbaycanın statistika məlumatlarına görə, eyni dövrdə Azərbaycandan Ermənistana təxminən 23,5 milyon dollar dəyərində məhsul ixrac olunub.
Beləliklə, iki ölkə arasındakı ticarət balansı demək olar ki, tamamilə Azərbaycanın xeyrinədir. Azərbaycandan Ermənistana ixracın həcmi əks istiqamətdəki ixracı təxminən 246 dəfə üstələyir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu Ordu.az

Report+4 mənbə