Kiprdə baş verən gəmi qəzası ilə bağlı məhkəmə prosesi keçirilib


3 mənbə əsasında
Şimali Kipr Türk Cümhuriyyətində avqustun otuzunda baş verən gəmi qəzası ilə əlaqədar Girne Qəza Məhkəməsində növbəti dinləmələr baş tutub. Proses zamanı təqsirləndirilən doqquz nəfər, o cümlədən üç Azərbaycan vətəndaşı hakim qarşısına çıxarılıb. Yeni ekspertiza rəyləri əsasında təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ilkin ittihamlar ağırlaşdırılaraq qəsdən adam öldürmə maddəsi ilə əvəzlənib. Qəza nəticəsində iyirmi yeddi nəfər həlak olub, bir nəfərin isə meyiti hələ də tapılmayıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Kiprdə həbs olunan 3 azərbaycanlı məhkəmə qarşısında -İttiham ağırlaşdırıldı
Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) avqustun 30-da baş verən “Filo Jet” gəmi qəzası ilə bağlı Girne Qəza Məhkəməsində keçirilən prosesdə 9 təqsirləndirilən şəxs 13-cü dəfə hakim qarşısına çıxıb.32gun.az APA-ya istinadən xəbər verir ki, məhkəmədə şirkət direktoru Ali Özdülger, birinci kapitan Mustafa Öz, ikinci kapitan Merve Nur Seraslan, baş mexanik Zeki Öz, ikinci mexanik Metin Gül, həmçinin ekipaj üzvləri Sertan Erol, Azərbaycan vətəndaşları Qədir Quliyev, Valeh Hümmətov və Rəşad İbrahimov iştirak ediblər.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.Əvvəlcə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə araşdırılan iş üzrə ittiham ağırlaşdırılıb.Yeni ekspertiza rəyləri və əldə edilən sübutlar əsasında 9 nəfər barəsində qəsdən adam öldürmə ittihamı ilə istintaq aparılır.Məlumata görə, gəminin batmasına səbəb olan əsas amillərdən biri təmir işləri ilə bağlı nöqsanlar olub.Ekspertiza nəticəsində təmir zamanı uyğun olmayan materiallardan istifadə edildiyi və işlərin lazımi şəraitdə aparılmadığı müəyyən edilib.İstintaq zamanı gəminin su keçirməyən qapılarının açıq olduğu, təmir işləri ilə bağlı elektron poçt yazışmalarının isə əldə edilməsində çətinlik yarandığı bildirilib.Valeh Hümmətov məhkəməyə verdiyi ifadəsində hadisə zamanı gəmidəki bütün qapıların açıq olduğunu bildirib.Rəşad İbrahimovun da gəmidəki fəaliyyəti və hadisə zamanı üzərinə düşən vəzifələri ilə bağlı araşdırma aparılır.Qeyd edək ki, qəza nəticəsində 27 nəfər həlak olub, 1 nəfərin meyiti isə tapılmayıb.
Tam oxu 32gun.az saytındaDərc vaxtına görə