Kinoteatr süni intellekt yeri deyil: İlk film uğursuz oldu │ VİDEO


Çində ilk dəfə kinoteatrda tam şəkildə süni intellektlə generasiya olunmuş bədii film göstərilib. “Sansinduy: gələcəyin keçmişi” adlanan tammetrajlı filmin hər şeyi – ssenarisi, musiqisi, aktyorları, səslər, vizual effektlər neyroşəbəkənin vasitəsilə yaradılıb.
“Bona Film Group” studiyasında 100 nəfər iki il ərzində 100 dəqiqəlik elmi-fantastik trillerin üzərində işləyib. Nəticədə isə tam uğursuzluqla üzləşiblər: insanlar bu filmə baxmaq istəməyib.
Büdcəsi 1,5 milyon dollar olan film təxminən 180 min dollar pul gətirib. Onu da kinoteatrlar və marketoloqlar götürüblər.
Filmə baxanların dediyinə görə, onun ruhu yoxdur, personajlarda isə canlı emosiya çatışmır.
Maraqlıdır ki, eyni vaxtda nümayişə çıxarılan “Niu Lay” adlı komediya multfilmi üzərində cəmi 2 nəfərin işləməsinə və primitiv qrafikasına baxmayaraq, böyük uğur qazanıb. Tamaşaçılar filmin unikal yumorunu və ruhunu çox bəyəniblər.
Bu hadisə açığı, sevindiricidir, çünki dünyada süni intellekt bumunun ətrafında yaradılmış ajiotaja bir qədər ayıq gözlə baxılmasına səbəb ola bilər.
Vüsal Məmmədov
AzVision.az