Kim daha çox PENSİYA ALIR?


Azərbaycanda iki pensiyaçı qrupu arasında 153 manat fərq var.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az-ın apardığı araşdırmalara əsasən, Azərbaycanda yaşa və əlilliyə görə pensiya alan şəxslərin orta aylıq pensiya məbləğləri arasında 153,1 manat fərq yaranıb.
Dövlət Statistika Komitəsinin 1 oktyabr 2026-cı il tarixinə olan məlumatına əsasən, yaşa görə pensiya alanların orta aylıq pensiyası 633,5 manat, əlilliyə görə pensiya alanların orta aylıq pensiyası isə 480,4 manat təşkil edib.
Beləliklə, yaşa görə pensiya alanlar əlilliyə görə pensiya alanlarla müqayisədə orta hesabla 153,1 manat daha çox pensiya alırlar.
Məlumata görə, ailə başçısını itirməyə görə təyin olunan pensiyaların orta aylıq məbləği isə 600,5 manat olub.
Qeyd edək ki, 2026-cı il oktyabrın 1-nə Azərbaycanda təyin olunmuş aylıq pensiyaların orta məbləği 595,8 manat təşkil edib.
1 mənbə
