Kevin Durant Yaksiel Lendeborqu tərifləyib


Kevin Durant "Qolden Steyt Uorriors"un yeni oyunçusu Yaksiel Lendeborqu yüksək qiymətləndirib. O, bu barədə "Hyuston Rokets"lə keçirilən və 115:108 hesabı ilə başa çatan oyundan sonra danışıb.
Offsideplus.az xəbər verir ki, Durant Lendeborqun oyununu belə dəyərləndirib: "Onun necə oynadığını çox bəyənirəm. O, texnikalı və çox yönlü böyük oyunçudur. Hücumda meydançanın istənilən mövqeyində çıxış edə bilir. Topla davranışı, atış bacarığı, fiziki gücü və uzun qolları ilə seçilir. Atletik göstəriciləri onu fərqləndirir. O, qalibdir və kollec illərində də uğur qazanıb. Çətinlikləri dəf edərək bura tam formalaşmış oyunçu kimi gəlib və qarşıda onu nə gözləyirsə, hamısına hazırdır. Ona qarşı oynamaq mənim üçün maraqlı idi". Qeyd edək ki, Lendeborq cari mövsümdə 12 oyunda orta hesabla 21,7 xal, 7,4 ribaund və 3,7 assist göstərib, hər oyunda 32,2 dəqiqə meydanda olub.
