Kevin Durant NBA-də Şakil O’Nili geridə qoydu


Kevin Durant "Hyuston"un heyətində "Qolden Steyt Uorriors"a qarşı keçirilən və 115:108 hesabı ilə başa çatan oyunda komandasının ən məhsuldar oyunçusu olub.
Offsideplus.az xəbər verir ki, ulduz forvard 20 xal toplayıb, 17 atışdan 8-ni dəqiq yerinə yetirib, 4 üçlük cəhdindən 1-ni və 4 cərimə atışından 3-nü dəqiqliklə tamamlayıb.
Bu göstərici ilə Durant NBA-nin müntəzəm mövsümlərində ümumi dəqiq atışlar üzrə siyahıda 7-ci pilləyə yüksəlib və Şakil O’Nili geridə qoyub. Durant bu uğura çatmaq üçün O’Nildən 6 oyun çox keçirib. Hazırda Durant ümumi məhsuldarlıq baxımından 5-ci, O’Nil isə 10-cu yerdə qərarlaşıb. Mətbuat konfransında Durant bildirib: "Həmişə böyük adlarla bir sırada olmaq möhtəşəmdir. Şakın irsi idmandan da böyükdür".
