"Kəpəz"-"Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir
ReportHidayət Qurbanov


Gəncə şəhər stadionunda Misli Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" oyunu start götürüb.
"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qarşılaşmadan əvvəl topa ilk rəmzi toxunuşu "Kəpəz"in tarixi uğurlarında böyük pay sahibi olan Mehman Allahverdiyev edib.
O, Gəncə təmsilçisi ilə üç dəfə Azərbaycan çempionu, dörd dəfə isə ölkə kubokunun qalibi olub.
Hazırda davam edən görüşü tribunalardan 16 minə yaxın azarkeş izləyir. Matçda hələ hesab açılmayıb.
1 mənbə
