Paracüdoçu İlham Zəkiyev İsgəndəriyyədə bürünc qazandı
CarçıEditor

müəllif EditorNoyabr 22, 2026Noyabr 22, 202600
Azərbaycanın ikiqat paralimpiya çempionu, paracüdo üzrə idmançı İlham Zəkiyev Misirdə, İsgəndəriyyə şəhərində baş tutan Qran-Pri turnirinin mükafatçısı olub.
Milli yığmanın təcrübəli üzvü J1 kateqoriyasında, +95 kiloqram çəkidə yarışıb. Bürünc medal uğrunda keçirilən qarşılaşmada İlham Zəkiyev Qazaxıstan təmsilçisi Baqlanbek Onalbeki üstələyərək podiumun üçüncü pilləsində yer alıb.
Foto: The National Paralympic Committee of Azerbaijan / Wikimedia Commons, CC BY-SA 4.0
