Kənan Nəsibovdan Dünya Cüdo Turunda növbəti qızıl medal gəldi


Azərbaycan cüdoçusu Kənan Nəsibov karyerasının üçüncü qızıl medalını qazanıb.
İdmançımız Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 2026-cı il Qran-Prisinin qalibi olub. Beləliklə, Xorvatiya Kənan Nəsibova yenidən düşərli gəlib.
Qeyd edək ki, cüdoçumuz bundan əvvəl də Dünya Cüdo Turu çərçivəsində iki dəfə qızıl medal əldə edib. Onun uğurları aşağıdakılardır:
Zaqreb Qran-Prisi – 2025-ci il
Daşkənd Böyük Dəbilqəsi – 2026-cı il
Zaqreb Qran-Prisi – 2026-cı il
Beləliklə, Kənan Nəsibov Dünya Cüdo Turunda karyerasının üçüncü qızıl medalına sahib çıxıb.
