Kemerovoda An-12 qəzası: 17 nəfər həlak olub
Tezadlar.azAsif Memmedov


Hadisə 17 Noyabr, 202623:37
Kemerovo vilayətində An-12 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində on yeddi nəfər həlak olub.
Tezadlar.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Yaqunovo kəndi yaxınlığında baş verən təyyarə qəzasından sağ çıxan olmayıb.
Şahidlər təyyarənin havada alovlandığını, daha sonra kəskin şəkildə aşağı düşməyə və partlamağa başladığını bildiriblər.
