Kaşuk Gürcüstana qarşı oynadı


Şriftin ölçüsü:
18.11.2026 11:03
“Qarabağ”ın vingeri Aleksey Kaşuk Ukrayna yığmasında ikinci oyununa çıxıb.
Futbolxeber.az saytının məlumatına görə, o, UEFA Millətlər Liqasının son turu çərçivəsində Gürcüstana qarşı matçda forma geyib.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Kaşuk 64-cü dəqiqədə Gennadi Sinçukun əvəzinə meydana daxil olub.
Qarşılaşma Ukrayna millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, ukraynalılar qrup mərhələsini 7 xalla üçüncü pillədə başa vurublar.
