Kassano Ronaldinyonu "baltaladı" - "Axmaqcasına hərəkət idi"


İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano (Antonio Cassano) İtaliyanın aşağı liqa təmsilçisi “Ravenna” klubuna keçən və ötən həftə ilk oyununa çıxan Ronaldinyonu (Ronaldinho) sərt tənqid edib.
Fanat.Az xəbər verir ki, "Calciomercato" Kassanonun 46 yaşlı braziliyalı barədə dediklərini belə çatdırıb:
"Onun addımı çirkin bir şey idi. 46 yaşında, o vəziyyətdə, ora nə etmək üçün gedirsən, bilmirəm... Bunu dostu olan Sipriani (Cipriani) ilə münasibəti olduğu üçünmü etdi? Ona çoxlu pul verildiyi üçünmü etdi? Yoxsa bilmədiyim üçünçü səbəb üçünmü?... Mənim üçün bu, axmaqcasına bir iş idi. Baxmayaraq ki, Ronaldinyonu bir insan və futbolçu kimi yüksək qiymətləndirirəm. Onu Messi (Lionel Messi), Maradona (Diego Maradona), Fenomen Ronaldo (Ronaldo, Ronaldo Nazário) və Pele (Pelé) ilə birlikdə bütün dövrlərin ən böyük beş futbolçusu arasında görürəm. İnanılmaz karyerası olub, mümkün olan bütün titulları qazanıb. O, misilsiz texnikaya sahib əsl ulduz idi. Elə buna görə də illər sonra bu şəkildə dönüşünü qəbul edə bilmirəm".
Bari şəhərində anadan olan Kassano İtaliya millisində 39 oyun keçirib, 10 qol vurub və "Milan"la birlikdə 2010/11 mövsümündə çempionluğu qazanıb. 2018-ci ildə karyerasını başa vurduqdan sonra şərhçi olub. Ronaldinyoya gəlincə, o, 2018-ci ildə karyerasını rəsmən başa vurduğunu elan etmişdi. Ronaldinyo da 2008-2011-ci illər aralığında "Milan"da forma geyib.
Mirağa
