Karlus Prates İslam Maxaçevə meydan oxuyub


Braziliyalı döyüşçü Karlus Prates İslam Maxaçevin onunla qarşılaşmadan imtina etməsinə münasibət bildirib. Prates bildirib ki, Maxaçevin döyüşdən qaçdığını düşünmür və onun sadəcə istirahət etmək istədiyini qeyd edib.
Offsideplus.az xəbər verir ki, Prates bu sözləri deyib: "Çox güman, Maxaçev məşq toplanışına başlamağa həvəsli deyildi. O, Geriyə qarşı döyüşdən sonra istirahət etmək istəyirdi, hazırlığa başlamaq istəmirdi və Ramazandan sonra döyüşməyə qərar verdi. Mən Moralesi nokaut edəcəyəm, sonra isə Maxaçevi pensiyaya göndərəcəyəm". Qeyd edək ki, daha əvvəl Maxaçev yanvarda Prateslə titul döyüşündən imtina edib. Karlus Prates indi Maykl Moraleslə müvəqqəti titul uğrunda döyüşəcək. Prates əlavə edib: "Düşünürəm, məsələ Maxaçevin qorxmasında deyil, sadəcə məşq etmək istəməməsindədir".
