Kapitalını 3,4 milyon manata endirən “SES 2026” MMC “SES” MMC-yə qoşulub
Banker.azNurane


“SES” MMC “SES 2026” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib. “SES 2026” MMC isə qoşulma nəticəsində ləğv olunduğunu açıqlayıb.
Banker.az xəbər verir ki, “SES 2026” MMC 2026-cı il oktyabrın 6-da dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Səadət Əliyeva olub. Şirkət oktyabrın 29-da nizamnamə kapitalını 3 milyon 400 min manata endirdiyini elan edib.
“SES” MMC isə noyabrın 15-də nizamnamə kapitalının 200 manata endirildiyini açıqlayıb.
1 mənbə
