Kançelskis: "Pochettino "Mançester Yunayted" üçün düzgün seçimdir"


"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Andrey Kançelskis Maurisio Pochettinonun İngiltərə klubuna baş məşqçi təyin olunması ehtimalını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Kançelskis "Mançester Yunayted"in mövsümə uğursuz başladığını bildirib: "Heç kim komandanın nəticələrindən razı deyil. Cəmi bir qələbə, düşmə zonasındadırlar. Bu, açıq-aşkar uğursuzluqdur. Kerrik ötən mövsüm yaxşı işləmişdi, amma bu dəfə alınmadı. Buna görə də baş məşqçi dəyişikliyi məntiqli qərardır. Pochettino yaxşı seçimdir. O, artıq İngiltərədə "Tottenhem"lə yüksək nəticələr göstərib".
1 mənbə
