Kanadada qeyri-adi oğurluq: 120 illik kilsə zəngini YOX OLDU


Kanadada naməlum şəxslər təxminən 120 illik və 130 kiloqramdan çox ağırlığında olan kilsə zəngini oğurlayıblar.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, hadisə Manitoba əyalətində, Vinnipeq şəhərinin şimalındakı kənd ərazisində yerləşən Ukrayna Katolik Kilsəsində baş verib.
Kral Kanada Atlı Polisinin (RCMP) məlumatına görə, zəng kilsənin qülləsindən yoxa çıxıb. Polis onun metal qırıntısı kimi satılmaq məqsədilə oğurlandığından şübhələnir. Hadisə yerində aparılan ilkin baxış zamanı qüllənin taxta konstruksiyasında zədələr aşkar edilib. Lakin müstəntiqlər ağır zəngin nə vaxt və hansı üsulla oradan çıxarıldığını hələ müəyyənləşdirə bilməyiblər.
Kanadanın CBC telekanalının məlumatına görə, misdən hazırlanan zəng dekorativ elementlərlə bəzədilib. Bununla belə, polis əməkdaşları oğruların onun tarixi və bədii dəyərindən çox, metalına maraq göstərdiyini ehtimal edirlər.
Hüquq-mühafizə orqanları artıq Vinnipeq də daxil olmaqla, regiondakı metal qəbulu və təkrar emal mərkəzləri ilə əlaqə saxlayaraq zəngin satışa çıxarılması ilə bağlı məlumat vermələrini istəyiblər.
Manitoba Tarix Cəmiyyətinin məlumatına görə, zəng 1906-cı ildə İsveçrədən Kanadaya gətirilib.