Joao Viktor: "İdola hörmət etməyəndə belə olur"


Braziliyalı müdafiəçi Joao Viktor Portuqaliya millisinin Millətlər Liqasında Danimarkaya 1:4 hesabı ilə uduzmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, bu, Kriştiano Ronaldunun milli komandadan ayrıldıqdan sonra Portuqaliyanın ilk oyunu olub. Joao Viktor qarşılaşmanın 75-ci dəqiqəsində hesabın 0:4 olduğunu əks etdirən görüntünü paylaşaraq belə yazıb: "İdola hörmət etməyəndə belə olur".
Xatırladaq ki, sentyabrın sonunda Ronaldu baş məşqçi Jorje Jezuşla yaşanan münaqişədən sonra Portuqaliya millisindən ayrılıb. Noyabrın əvvəlində isə 41 yaşlı futbolçu milli karyerasını başa vurduğunu açıqlayıb.
