SABAH.city innovasiya şəhərciyində IV Maarifçi Tələbə-Məzun Forumu baş tutub


8 mənbə əsasında
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkındakı SABAH.city innovasiya şəhərciyində IV Maarifçi Tələbə-Məzun Forumu təşkil olunub. İnsan kapitalı və rəqəmsal gələcək mövzusuna həsr edilən tədbirdə təhsil, məşğulluq və süni intellektin əmək bazarına təsiri kimi məsələlər müzakirə edilib. Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli proqramın əhəmiyyətindən bəhs edərək cari ildə 50 məzunun olduğunu və ümumi sayın 150 nəfəri keçəcəyini bildirib. Tədbir proqram iştirakçılarının təşəbbüsü ilə baş tutub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib - FOTOLAR
Bu gün Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən SABAH.city innovasiya şəhərciyində IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib. Bakıvaxtı.az xəbər verir ki, IV “Maarifçi” proqramı iştirakçılarının təşəbbüsü ilə keçirilən və “İnsan kapitalı və rəqəmsal gələcək: əmək bazarında yeni dövr” mövzusuna həsr olunan forumda təhsil və məşğulluq sahəsində baş verən dəyişikliklər, süni intellektin əmək bazarına təsiri, gələcəyin peşələri və müasir dövrdə tələb olunan bacarıqlar müzakirə olunub. Forumun aparıcısı - IV “Maarifçi” Tələbə-Məzun Proqramının iştirakçısı Aytac Qarayeva tədbirin məqsədi və proqramı barədə məlumat verib. Tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli forumun bu formatda ilk dəfə keçirildiyini və məzmununun da “Maarifçi” proqramının iştirakçıları tərəfindən hazırlandığını bildirib. Aparat rəhbəri proqramın builki mərhələsinin 50 məzunu olduğunu, ümumilikdə məzunların sayının isə 150 nəfəri ötəcəyini diqqətə çatdırıb. O bildirib ki, “Maarifçi” proqramının əsas töhfələrindən biri iştirakçılar arasında əlaqələrin qurulması, birgə öyrənmə və dəyər yaratmaq imkanlarının formalaşdırılmasıdır. Mətin Kərimli həmçinin regionlarda maarifçilərin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Forumun mövzusu barədə danışan Mətin Kərimli süni intellektin təsirinin iqtisadiyyatın strukturundan, demoqrafiyadan, təhsil və bacarıqlardan və texnoloji inkişaf səviyyəsindən asılı olduğunu bildirib, yeni dövrə hazırlıq üçün adaptasiya və yeni bacarıqların, “hibrid peşəkar” kimi formalaşmağın əhəmiyyətini qeyd edib. Daha sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov “Təhsildə rəqəmsal innovasiyalar və süni intellekt” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinin üç əsas istiqaməti diqqətə çatdırılıb. Bildirilib ki, “Bərabər imkanlar” yanaşması bütün şagirdlərin keyfiyyətli təhsilə bərabər ç
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə