İSTANBULDA ŞOK OLAY - Klub başqanı şərikinə 19 güllə sıxdı


KRİMİNAL
Bugün, 00:06
Türkiyədə klub başqanı şərikini qırmızı işıqda güllələyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulun Eyüpsultan rayonunda baş verib.
Məlumata görə, 40 yaşlı biznesmen Ferhat Yamen idarə etdiyi maşında qırmızı işıqda gözləyərkən silahlı hücuma məruz qalıb.
Təhlükəsizlik kamerası görüntüləri ilə araşdırma aparan polis ona hücum edən şəxsin keçmiş şəriki, "Alibeyköyspor" Futbol Klubunun prezidenti Halil F. olduğunu müəyəyn edib. İddialara görə, iki şəxs arasında təxminən 80 milyon (2.8 milyon manat) türk lirəsi dəyərində bir mağazanın satışı ilə bağlı mübahisə olub: "Pulunu biznesmendən ala biməyən klub prezidentinin bu səbəbdən onu qətlə yetirdiyi güman olunur."
Xəbərdə o da deyilir ki, biznesmenə düz 19 güllə sıxılıb.
F.SƏFƏRLİ
MİA.AZ