İsrail Suriya, Livan və Qəzzadan təhdidlər tam aradan qaldırılana qədər çıxmaq niyyətində deyil


İsrailin müdafiə naziri İsrael Kats təhlükəsizlik təhdidləri mövcud olduğu müddətdə Qəzza zolağında, Livanın cənubunda və Suriyada yaradılmış təhlükəsizlik zonalarına nəzarətin qeyri-müəyyən müddətə davam etdiriləcəyini bildirib.
Ordu.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats açıqlama verib.
“İsrail HƏMAS-ın ləğv edilməsinə və Qəzza zolağının demilitarizasiyasının başa çatmasına, Livanın bütün ərazisində “Hizbullah”ın tamamilə tərksilah edilməsinə və Suriyadan qaynaqlanan bütün cihadçı təhdidlərin aradan qaldırılmasına qədər təhlükəsizlik zonalarından çıxmayacaq və onların sərhədlərini dəyişməyəcək”, - deyə Kats bildirib.
Onun sözlərini nazirin mətbuat xidməti yayıb.
İsrailin müdafiə naziri HƏMAS, “Hizbullah” və ya suriyalı cihadçılar tərəfindən hər hansı hücum baş verəcəyi təqdirdə İsrailin müvafiq ərazilərdə əlavə torpaqları nəzarətə götürəcəyi ilə də hədələyib.
Qeyd edək ki, Kats 2026-cı il ərzində dəfələrlə oxşar bəyanatlarla çıxış edib. Bu açıqlamanın hansı hadisə ilə əlaqədar verildiyi bildirilməyib.
Sevinc Əliyeva Ordu.az
