İsrail Kaya Kallasla birbaşa təmasdan imtina edir, Avropa Komissiyası Yaxın Şərq diplomatiyasında rolunu artırır


18.11.2026 - 21:14
27
Avropa Komissiyası İsrailin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birbaşa təmasdan imtina etməsi fonunda Yaxın Şərq diplomatiyasında daha fəal rol oynamağa başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “POLITICO” məlumat yayıb.
Məlumata görə, İsrailin xarici işlər naziri Gideon Saar iyun ayında Kallasla əlaqələri kəsib. Buna səbəb Kallasın İsrailin fələstinlilərlə rəftarını aparteid dövründə Cənubi Afrikadakı vəziyyətlə müqayisə etməsi barədə yayılan məlumatlar olub.
Beləliklə, İsraillə diplomatik təmaslarda Avropa Komissiyasının üzərinə daha böyük məsuliyyət düşür.
Rauf
