İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu - RƏSMİ


İsmayıllı–Lahıc–Burovdal avtomobil yolunun 18-ci kilometrində yolun hərəkət hissəsinə tökülən qaya parçaları ərazidən təmizlənib.
Bu barədə NOCOMMENT.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Qeyd olunub ki, avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
Xatırladaq ki, ötən gün İsmayıllı-Lahıc avtomobil yolunda qaya uçqunu baş verib. Yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçaları qoparaq magistrala tökülüb. Nəticədə yolda hərəkət məhdudlaşdırılıb.
Dərc vaxtına görə
