İşdən qayıdan şairi avtobus vurub öldürdü – Təfərrüat


18.11.2026 - 16:15
Şair-publisist Oqtay Şəhriyarlının (Oqtay Əliyusif oğlu Rzayev) ölümünün təfərrüatları məlum olub. Onu işdən qayıdarkən avtobus vurub.
Hadisə noyabrın 16-da paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində baş verib.
Nəticəsində şair hadisə yerindəcə dünyasını dəyişib.
O.Şəhriyarlı doğulduğu Masallı rayonunun Şəhriyar kəndində dəfn olunub.
***
11:23
Şair-publisist Oqtay Şəhriyarlı avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Bu barədə onun yaxınları məlumat verib.
O.Şəhriyarlı 13 mart 1959-cu ildə Masallı rayonunun Şəhriyar kəndində anadan olub.
Onun ilk şeiri 1974-cü ildə Masallı rayonunda nəşr olunan “Çağırış” qəzetində dərc edilib. 1976–1978-ci illərdə Sumqayıt şəhərində çıxan “Sosialist Sumqayıtı” qəzetində müxbir kimi fəaliyyət göstərib.
1974-cü ildən etibarən şeirləri müxtəlif mətbuat orqanlarında dərc olunub. Son dövrlərdə isə “Bütövlük” ictimai-siyasi hüquq qəzetinin xüsusi müxbiri kimi çalışıb.Ölkə.az
Dərc vaxtına görə
Korrekt.azoxuduğunuz
İşdən qayıdan şairi avtobus vurub öldürdü – Təfərrüat
Teleqraf.az+1 mənbə