Isaksen: "Hər kəs Müqəddəs Kitabı oxumalıdır, mənə çox kömək etdi"


Danimarkalı yarımmüdafiəçi Qustav Isaksen Müqəddəs Kitabı oxuduqdan sonra dünyagörüşünün necə dəyişdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Latsio"nun futbolçusu ailəsində xristian dəyərlərinin üstünlük təşkil etdiyini, nənə və babasının hər iki tərəfdən dindar insanlar olduğunu bildirib. Buna görə də xristianlığın onun üçün yeni bir şey olmadığını deyib.
Isaksen qeyd edib ki, "Latsio"ya keçəndən sonra Felipi Anderson onun əsas rəqibi olsa da, daim kömək göstərib və bu münasibəti başa düşməkdə çətinlik çəkib. O, Andersondan bu davranışının səbəbini soruşduqda, braziliyalı futbolçu inancının gündəlik həyatında ona dəstək verdiyini deyib və ona Müqəddəs Kitabı hədiyyə edib.
"2023-cü ildə 'Latsio'ya keçənədək heç vaxt Müqəddəs Kitabı oxumamışdım. Amma o vaxt qərar verdim və başladım. Düşünürəm ki, hər kəs Müqəddəs Kitabı oxumalıdır. Mənim üçün bir çox şey yerinə oturdu. Baş verənlərdə daha dərin məna tapdım. Özümə inamım artdı ki, insanın özündən daha vacib olan nələrsə var. Ən əsası isə, həmişə qaranlıq olan yerdə işıq tapmağı və hər şeyə pozitiv yanaşmağı öyrəndim. Müqəddəs Kitab gündəlik həyatımda mənə çox kömək etdi. Futbolda daim eniş-yoxuşlar olur", – deyə Isaksen bildirib.
1 mənbə