İran və Ermənistana ŞOK MESAJ: Bakıda erməni kilsəsinə YAŞMA adl verilsin!


İrəvanda yerləşən Göy məscidin adının dəyişdirilməsi və erməni şairin adı ilə adlandırılması Azərbaycanda müzakirələrə səbəb olub. Bu addımın siyasi və tarixi baxımdan hansı mesajı verdiyi, Azərbaycanın buna necə cavab verə biləcəyi diqqət mərkəzindədir.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev NOCOMMENT.az-a açıqlamasında bildirib ki, İran rejiminin və Ermənistan xidmətinin kim olduğunu çoxdan bilirik. Heç birindən insanlıq və ədalət gözləməyə dəyməz. Hər ikisinin "dabbağda gününə bələdik".
İrəvandakı Göy məscidin İran vasitəsilə əvvəl fars arxitekturasına uyğun olaraq təmiri, indi isə erməni şairin adı ilə adlandırılması Azərbaycanın bostanına atılan "daşdır" və bu mənfur addım adekvat cavabsız qalmayacaq. Məscid adının saxtalaşdırılması nə düzəldir Ermənistanı mövcud problemlərdən xilas etməyəcək, nə Zəngəzur dəhlizinin açılmasına, nə də Qərbi Azərbaycana qayıdış prosesinə mane olmayacaq.
Amma indiki vəziyyətdə Azərbaycan cavab olaraq İran və Ermənistan cütlüyünün ciyərlərinə qaynar şiş soxmaq üçün müəyyən addımlar ata bilər.
Məsələn, Bakının mərkəzində yerləşən erməni kilsəsinə YAŞMA, kilsənin yerləşdiyi küçəyə isə general Hikmət Mirzəyevin adını verə bilərik.
Sonra da ölkəyə gələnlərin bir hissəsini bu kilsəyə apara bilərik.
Bu vəziyyətdə təxminən belə bir xəbərlə rastlaşmaq mümkün olacaq: "Beynəlxalq təşkilatların təmsilçiləri Hikmət Mirzəyev küçəsində yerləşən YAŞMA adlı kilsəni ziyarət ediblər".
1 mənbə
