İran qarışdı: əhali yenidən ayağa qalxdı


İranın Tehran və Rəşt şəhərlərində Sosial Təminat Təşkilatının təqaüdçüləri etiraz aksiyası keçiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Brlə ki, etirazçılar ölkədə davam edən inflyasiya və ağır iqtisadi vəziyyətə narazılıqlarını bildiriblər. Onların aksiyası pensiyaçıların qarşılaşdığı sosial və maliyyə problemlərinə diqqət çəkmək məqsədi daşıyıb.
Qeyde edək ki, İranda iqtisadi çətinliklər, qiymət artımları və yaşayış xərclərinin yüksəlməsi əhalinin müxtəlif təbəqələri arasında narazılığa səbəb olur.
Tahir Turan Globalinfo.az
Dərc vaxtına görə
Globalinfo.azoxuduğunuz
İran qarışdı: əhali yenidən ayağa qalxdı