Yəmən hökuməti husiləri beynəlxalq təhlükəsizliyə təhdid adlandırıb


BAKI, 22 noyabr. TELEQRAF
Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti husilərin fəaliyyətinin artıq təkcə ölkə və region üçün deyil, bütün dünya üçün təhlükə yaratdığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Hökumətin yaydığı bəyanatda deyilir. Bildirilib ki, İranın dəstəklədiyi husilərin təhdidi beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhlükəyə çevrilib. Rəsmi Səna beynəlxalq ictimaiyyəti və Yəmənin tərəfdaşlarını husilərə qarşı silah embarqosunun tətbiqini təmin etməyə çağırıb. “İran rejiminin dəstəklədiyi terrorçu husi silahlı qruplaşmasının yaratdığı təhlükə artıq Yəmən və regionla məhdudlaşmır, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdidə çevrilib”, – deyə bəyanatda qeyd olunub. Yəmən hökuməti, həmçinin vurğulayıb ki, Yəmənin, regionun və dünyanın təhlükəsizliyi bir-birindən ayrılmazdır.