İran İnqilab Keşikçiləri: Hörmüz boğazında ABŞ pilotsuz təyyarəsi vuruldu
Tezadlar.azElbar Şirinov


Dünya 21 Noyabr, 202609:04
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun açıqlamasında ABŞ-ın MQ-9 PUA-sının Hörmüz boğazı üzərindəki səmada İnqilab Keşikçiləri Korpusunun yeni nəsil hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək vurulduğu bildirilib.
Açıqlamada vurulan MQ-9 PUA-sının bu tip vurulan 58-ci ABŞ PUA-sı olduğu iddia edilib.
ELBAR
1 mənbə

Oxu.az+1 mənbə