İran ABŞ-ın iki hərbi bazasını vurdu


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə yerləşən iki ABŞ hərbi bazasına hücum etdiyi bildirilir.
Lent.az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, Şeyx İsa və Əl-Cüfeyr hərbi bazaları hədəfə alınıb.
Agentlik hücumun ABŞ-ın hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bildirib.
Hücumun nəticələri və mümkün itkilər barədə məlumat verilməyib.
SEPAH hələlik hücumla bağlı rəsmi açıqlama yaymayıb.
