Hakan Fidandan xəbərdarlıq: İsrail Suriyaya hücum edə bilər


21.11.2026 - 23:491011 dəq oxu
Hakan Fidan İsrailin Suriyaya qarşı hərbi əməliyyat keçirə biləcəyi ssenarinin mövcud olduğunu bildirib.
“İsrail ordusunun Suriyaya qarşı əməliyyat başlatacağı bir ssenari var. Belə bir ssenaridə məsələ yalnız Suriya ilə məhdudlaşmayacaq”, – deyə Türkiyənin XİN rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə və regional müttəfiqləri bu məsələni ABŞ və Avropa ölkələrinin nümayəndələri ilə müzakirə edirlər.
Fidan qeyd edib ki, belə bir ssenari regionda yenidən münaqişəyə, çoxsaylı problemlərə və qeyri-müəyyənliyə səbəb ola bilər.
Qeyd edək ki, avqust ayında Türkiyə Müdafiə Nazirliyi İsrailin İdlibdəki bazaya endirdiyi zərbənin Suriyanın sabitliyini pozmaq məqsədi daşıdığını açıqlamışdı.
