İran ABŞ hərbi bazasına HÜCÜM ETDİ


İran hərbi qüvvələri Bəhreyndə yerləşən Şeyx İsa hava bazasındakı ABŞ radar stansiyasını hədəfə aldığını bəyan edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb.
İİKK-nın mətbuat xidmətinin açıqlamasında hücumun ABŞ hərbi pilotsuz uçuş aparatlarının İranın hava məkanını davamlı şəkildə pozmasına cavab olaraq həyata keçirildiyi bildirilib.
“İran hava məkanının ABŞ hərbi dronları tərəfindən davamlı pozulmasına cavab olaraq, bu səhər Bəhreyndəki Şeyx İsa hava bazasında yerləşən ABŞ radar stansiyası əməliyyat zamanı hədəfə alınıb”, – deyə açıqlamada qeyd olunub.
Hücumun nəticələri və mümkün dağıntılar barədə əlavə məlumat verilməyib.
